Person mit Mixed-Reality-Brille in einem hellen Studio

Projekt

VİRTUAL TEXNOLOGİYALARIN TƏHSİLİN KEYFİYYƏTİNƏ TƏSİRİNİN İNFORMASİYA VƏ SİSTEMLİ ANALİZ ƏSASLI İNTELLEKTUAL QİYMƏTLƏNDİRİLMƏSİ ÜÇÜN METOD VƏ ALQORİTMLƏR

Bu məqalə, virtual reallıq (VR) texnologiyalarının müasir təhsil prosesinə inteqrasiyasının tədris keyfiyyətinə təsirini dərin və sistemli şəkildə araşdırır.Məqalədə həm beynəlxalq, həm də yerli təcrübələr təhlil edilərək, VR-nin tələbələrin akademik nailiyyətlərinə, yaddaşda məlumatların uzun müddət saxlanmasına və p…

Bu məqalə, virtual reallıq (VR) texnologiyalarının müasir təhsil prosesinə inteqrasiyasının tədris keyfiyyətinə təsirini dərin və sistemli şəkildə araşdırır.Məqalədə həm beynəlxalq, həm də yerli təcrübələr təhlil edilərək, VR-nin tələbələrin akademik nailiyyətlərinə, yaddaşda məlumatların uzun müddət saxlanmasına və praktiki bacarıqların inkişafına müsbət təsir göstərdiyi vurğulanır.Virtual reallığın dərs prosesində interaktiv və immersiv öyrənmə mühiti yaratması nəticəsində ənənəvi tədris metodlarına nisbətən tələbələrin diqqət və motivasiya səviyyəsinin artması qeyd olunur.Bundan əlavə, müəlliflər, təhsilin keyfiyyət göstəricilərinin obyektiv və dəqiq qiymətləndirilməsi üçün süni intellekt, ekspert sistemləri və maşın öyrənməsi kimi qabaqcıl intellektual alqoritmlərin tətbiqinə böyük əhəmiyyət verirlər.Məqalədə, tələbələrin VR mühitindəki fəaliyyət logları, test nəticələri və digər kəmiyyət göstəriciləri əsasında ətraflı statistik analizlərin aparılması yolu ilə öyrənmə prosesinin effektiv qiymətləndirilməsi izah olunur.Tam immersiv sistemlərin yarı-immersiv modellərə nisbətən daha yüksək təsir göstərməsi, interaktiv öyrənmə və praktiki təcrübələrin risksiz və səmərəli şəkildə təmin edilməsi kimi mühüm aspektlər xüsusilə vurğulanır.Eyni zamanda, VR texnologiyaları fərdi öyrənmə sürətinə uyğunlaşma imkanı yaradır və tələbələrə real həyatda çətin və ya təhlükəli olan sahələrdə praktiki bacarıqlarını inkişaf etdirməyə şərait yaradır.Bundan əlavə, bu texnologiyalar müəllimlərin iş yükünü azaldır, dərs planlamasını asanlaşdırır və tədris prosesində kreativliyi artırır.Nəticələr göstərir ki, virtual texnologiyaların tətbiqi təhsil sistemində rəqəmsallaşma və innovativ yanaşmaların genişləndirilməsi, davamlı inkişafın təmin olunması ilə yanaşı, təhsildə inqilabi dəyişikliklərin həyata keçirilməsinə şərait yaradır.Açar sözlər: virtual reallıq, təhsil, intellektual qiymətləndirmə, süni intellekt, maşın öyrənməsi, ekspert sistemləri, immersiv öyrənmə, data analitikası, innovasiya.Giriş.Müasir dövrdə təhsil sistemində virtual texnologiyaların -əsasən virtual reallıq (virtual reality-VR) və artırılmış reallıq (augmented reality-AR) tətbiqlərinin -rolu sürətlə artmaqdadır.Xüsusilə COVID-19 pandemiyası dövründə VR texnologiyasının distant təhsildə böyük faydası və təhsil sektorunda müasir innovasiyaların tətbiqinə güclü təkan verməsi müşahidə olunmuşdur.