Forschungsteam vor Bildschirmen mit Visualisierungen künstlicher neuronaler Netze

Projekt

KOLLEKTİV FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ MULTİ-AGENT SİSTEMLƏRİNİN TƏDQİQİNİN VƏ TƏTBİQİNİN MÜASİR PROBLEMLƏRİ

Hal-hazırda mürəkkəb sistemlərin modelləşdirilməsində ən çox istifadə edilən yanaşma multiagent sistemlərdən istifadə etməklə qurulmuş modellərdir ki, bu moddellər Süni İntellekt sahəsində böyük rol oynayır.Agentlər bu modellərdə əsas elementdir.Problemlərin həlli prosesi, müəyyən bir komandaya daxil olan agentlər ara…

Hal-hazırda mürəkkəb sistemlərin modelləşdirilməsində ən çox istifadə edilən yanaşma multiagent sistemlərdən istifadə etməklə qurulmuş modellərdir ki, bu moddellər Süni İntellekt sahəsində böyük rol oynayır.Agentlər bu modellərdə əsas elementdir.Problemlərin həlli prosesi, müəyyən bir komandaya daxil olan agentlər arasında bir sıra qaydalara uyğun olaraq bölüşdürülür.Agent sistemləri özünü təşkiletmə və kollektiv intellekt kimi hadisələri öyrənməyə imkan verən xüsusiyyətlərə malikdir.Bu xüsusiyyətlər həm elmi-nəzəri, həm də praktiki-tətbiqi tədqiqatlarda eyni müvəffəqiyyətlə Multi-Agent Sistemlərindən (MAS) istifadə etməyə imkan verir.MAS-nin köməyi ilə kompeks problemlərin həlli üçün də daha sadə və birqiymətli həllərin tapılması mümkündür.MAS süni intellekt və kompüter elmində maraqlı bir tədqiqat sahəsidir.Onlar fərdi və ya kollektiv məqsədlərə nail olmaq üçün bir mühitdə qarşılıqlı əlaqədə olan çoxsaylı muxtar agentləri əhatə edir.Məqalədə elmi-nəzəri və texniki-praktik problemlərə həsr olunmuş və MAS-ın köməyi ilə həll olunan elmi əsərlər təhlil edilir.MAS-ın çatışmazlıqları araşdırılır və həll yolları təklif olunur.Alınan nəticələr əsasında müasir və ənənəvi metodların elmi əsaslandırılmış şərhi verilir.Göstərilir ki, əsasən elmi əsərlər müasir elmi-texniki problemlər istiqamətində qərarların qəbul edilməsi üsullarını təklif edir.Məqalədə həmçinin MAS-dan istifadə etməklə İT metod və vasitələrinin tətbiqinə həsr olunmuş tədqiqat işləri təhlil edilir, neyron şəbəkələri və intellektual metodlardan istifadə etməklə nəzarət və proqnozlaşdırma modelləri öyrənilir